Çin Rusiya neftinin alışını kəskin azaldıb
İyunun 1-dən 19-a qədər Moskvanın əsas neft ixracat məntəqələrindən biri olan Çinə Rusiya neftinin tədarükü kəskin şəkildə azalıb.
Bu barədə Reuters Refinitiv Eikon statistikasına və treyderlərin məlumatlarına istinadən xəbər verib.
May ayında eyni dövrdə tədarüklər 0,67 milyon ton, cari ayda 0,26 milyon ton təşkil edib. Bununla da satınalmaların həcminin iki dəfədən çox azalb. Çin dənizdə daşınmalardan 300 min ton Rusiya nefti alıb ki, bu da mayın 1-dən mayın 19-na kimi olan göstəricidən 120 min ton azdır.
Neft treyderlərindən biri qeyd edib ki, İran neftinə olan endirimlər tələbin azalmasına səbəb olub. Bununla belə iyulda Rusiya neftinə tələbatın yenidən yarana biləcəyini istisna etməyiblər.
Son həftələrdə müşahidə olunan rublun ucuzlaşmasının əsas səbəbi Çinə neft tədarükü ilə bağlı problemlər ola bilər. Rusiya valyutası Mərkəzi Bankın məhdudiyyətləri fonunda demək olar ki, tamamilə neft şirkətlərinin ixrac gəlirlərindən asılıdır və onlar ucuzlaşan kimi dollar, avro və yuan məzənnələrini yeniləyir.