Özbəkistan Rusiyadan neft idxalının həcmini bir milyon tona çatdıracaq


2024-cü ildə Özbəkistan Rusiyadan neft idxalını artıracaq.


Bu barədə Özbəkistan Energetika Nazirliyinin Telegram-kanalında bildirilib.

Qeyd edilib ki, ölkə hakimiyyəti Rusiya Federasiyasından Qazaxıstan Respublikası ərazisindən keçməklə neft xammalının tədarük həcmini bir milyon tona çatdırmaq niyyətindədir. "Bu, 2023-cü il noyabrın 4-də Moskvada imzalanmış müvafiq üçtərəfli sənəddə öz əksini tapıb", - deyə məlumatda vurğulanıb.

Sənədi Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin, Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini Azim Axmedxadjaev və Qazaxıstan Respublikasının energetika nazirinin müavini Erlan Akkenjenov imzalayıblar.

Noyabrın əvvəlində Maliyyə Nazirliyi oktyabrda Rusiyanın neft və qaz gəlirlərinin 1,6 trilyon rubla qədər artdığını bildirib. Beləliklə, Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlir il ərzində maksimuma çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu