Qazaxıstan Almaniyaya neft tədarükünü kəskin artıra bilər


Qazaxıstan öz neftinin Almaniyaya tədarükünü artıra bilər.


AFN.az xəbər verir ki, respublika prezidenti Kasım-Jomart Tokayev bunu istisna etmədiyini deyib.

"İnterfaks-Qazaxıstan"ın məlumatına görə, Tokayev bildirib ki, Qazaxıstan bu ilin əvvəlindən Almaniyaya 90 min ton neft tədarük edib.

"Qazaxıstan "Drujba" kəməri ilə Almaniyaya neft nəql etməyə başlayıb. Gələcəkdə artım ehtimalı ilə bu göstəricinin ildə 1,2 milyon tona çatdırılması potensialı var"- deyə prezident qeyd edib.

Yanvarda Qazaxıstanın energetika naziri Bolat Akçulakov Qazaxıstanın Almaniyaya neft tədarükü üçün maksimum gücünü ildə 6-7 milyon ton səviyyəsində qiymətləndirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu