Bakı küçələri suyun altında qaldı – VİDEO
Bakıda yağan yağış nəticəsində “İnşaatçılar” metrostansiyasının yaxınlığında yolları su basıb.
AFN.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Söhbət metronun Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində yerləşən çıxışının yaxınlığından gedir. Ərazidə suyun toplanması sürücülərin və piyadaların hərəkətini çətinləşdirib.


