NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb


Bakıda davam edən yağıntılı hava şəraiti bir sıra yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, yol polisi əməkdaşları tərəfindən sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması və təhlükəsizlik məqsədilə zəruri tədbirlər görülür.

Hazırda yollardakı vəziyyət (sıxlıq müşahidə olunan ərazilər):

  1. Bakı-Sumqayıt şosesi: "20 Yanvar" metro stansiyası istiqamətində;
  2. Alı Mustafayev küçəsi: Ziya Bünyadov prospekti istiqamətində;
  3. Ziya Bünyadov prospekti: Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
  4. Ziya Bünyadov prospekti: Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" istiqamətində;
  5. Ziya Bünyadov prospekti: Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli istiqamətində;
  6. 1-ci Göl kənarı yolu: Ziya Bünyadov prospekti istiqamətində;
  7. Heydər Əliyev prospekti: köməkçi yol, mərkəz istiqamətində;
  8. Xətai prospekti: Heydər Əliyev prospekti istiqamətində;
  9. Atatürk prospekti: Ziya Bünyadov prospekti istiqamətində;
  10. Bakıxanov küçəsi: İnşaatçılar prospektindən "Dədə Qorqud" parkı istiqamətində;
  11. Tbilisi prospekti: "20 Yanvar" metrosundan mərkəz istiqamətində;
  12. Yusif Səfərov küçəsi: mərkəz istiqamətində;
  13. Əbdülvahab Salamzadə küçəsi: Ziya Bünyadov prospekti istiqamətində;
  14. 8 Noyabr prospekti: Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  15. Mikayıl Müşfiq küçəsi: "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
  16. Niyazi küçəsi: "Azneft" dairəsi istiqamətində;
  17. Heydər Əliyev prospekti: əsas yol, mərkəz istiqamətində;
  18. Binəqədi şosesi: "Azadlıq prospekti" metrosu istiqamətində.

NİİM sürücülərə sürət həddinə əməl etməyi, düzgün ara məsafəsi saxlamağı və piyadalara qarşı xüsusilə diqqətli olmağı tövsiyə edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu