Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət elan olundu - YENİLƏNİB


Bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan olunub. Bu barədə "Mir 24" kanalı məlumat yayıb.


***

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.

Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq.

Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu