Qazaxıstanda yeni müdafiə naziri təyin olunub - YENİLƏNİB


General-leytenant Murat Bektanov Qazaxıstanın müdafiə naziri təyin olunub.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Murat Bektanov 2020-ci il aprelin 5-dən müdafiə nazirinin birinci müavini – Qazaxıstan ordusunun Baş Qərargah rəisidir.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə nazirinin istefasını qəbul edib.


Bu barədə məlumatı Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali açıqlayıb.

Onun sözlərinə görə, Prezident Tokayev müdafiə naziri Nurlan Yermekbayevin ölkənin hərbi anbarlarının birində baş vermiş partlayışdan sonra istefa ərizəsini qəbul edib.

Xatırladaq ki, avqustun 26-sı Qazaxıstanın Jambıl vilayətində hərbi hissələrin birinin anbarında yanğın başlayıb. Yanğının ardınca ard-arda bir neçə partlayış baş verib. Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, insident nəticəsində 100-ə yaxın xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Həmçinin yanğın və partlayış nəticəsində 15 nəfər həlak olub. İtkin düşən bir nəfərin isə axtarışları davam edir.

Yermekbaev Jambıl əyalətində sözügedən bu partlayışdan sonra istefa verməyə hazır olduğunu bəyan etmişdi. Həmçinin 2019-cu ilin yayında Arıs şəhərində hərbi anbarların birində analoji insident baş verib. Bu zaman Qazaxıstan Prezidenti Müdafiə Nazirliyindəki vəziyyətlə bağlı narazılığını ifadə edərək Nurlan Yermekbayevə ciddi töhmət vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu