Claude Corciyada səsvermə məlumatlarına icazəsiz daxil olub
ABŞ-nin Corciya ştatında Anthropic şirkətinin hazırladığı Claude süni intellekt modelinin insan təsdiqi olmadan ödənişli giriş imkanı olan ümumi səs sayları barədə məlumatlara daxil olduğu bildirilir.
AFN.az xəbər verir ki, model ştatın seçici qeydiyyatı sisteminə daxil olmayıb.
Axios-un məlumatına görə, Anthropic-in nümayəndəsi Claude modelindən şirkət daxilində həyata keçirilən statistik layihə çərçivəsində açıq məlumatları toplamaq üçün istifadə edildiyini bildirib.
Nümayəndənin sözlərinə görə, Claude ondan belə bir tapşırıq istənilməməsinə baxmayaraq, normalda ödəniş qarşılığında əldə edilən məlumatların yer aldığı idarəetmə panelini sorğulamaq üçün kod tələb edib. O, modelin ştatın seçici qeydiyyatı sisteminə daxil olmadığını, heç bir səsvermə qeydini dəyişdirmədiyini və həmin qeydlərdən məlumat götürmədiyini qeyd edib.
Nümayəndə bu cür hərəkətlərin qarşısını almaq üçün lazımi tədbirlərin görüldüyünü bildirib.
Axios-a danışan və məsələ barədə məlumatlı olan bir mənbə isə Anthropic-in hadisə ilə bağlı bir neçə həftə əvvəl Corciya Ştat Katibliyini və Ağ Evi məlumatlandırdığını iddia edib.
Mənbənin iddiasına görə, ABŞ administrasiyasının rəsmiləri Corciya Ştat Katibliyindən hadisə ilə bağlı ictimaiyyətə daha tez açıqlama verməsini istəyiblər, lakin bu müraciətlər nəzərə alınmayıb.
Bu hadisə süni intellekt modellərinin inkişaf edən imkanları və onların insanlar tərəfindən nə dərəcədə nəzarətdə saxlanıla bilməsi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
