Estoniya Ukraynanın bərpası üzrə konfransa 13,5 milyon avro xərcləyəcək
Estoniya Ukraynanın bərpasına həsr olunacaq beynəlxalq konfransın keçirilməsi üçün 13,5 milyon avro vəsait ayıracaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat veriblər. Konfransın media ilə əlaqələr üzrə rəhbəri Reymo Raya ERR portalının sorğusuna cavabında bildirib ki, URC27 (Ukraine Recovery Conference) tədbirinin büdcəsi hökumətin qərarı ilə təsdiqlənib.
Konfrans 2027-ci il yanvarın 28-29-da Estoniyanın paytaxtı Tallində keçiriləcək.
İyunun sonunda Qdanskda keçirilən analoji tədbirdə Ukrayna nümayəndələri ümumi dəyəri 10 milyard avrodan çox olan 160 saziş imzalayıblar.

