Aİ Ukraynanın enerji təhlükəsizliyinə 2 milyard avro ayırıb
Avropa İttifaqı Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından sonra ölkənin enerji infrastrukturu üçün 2 milyard avro yardım ayırıb.
AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilir.
"Ukraynaya enerji təhlükəsizliyinə ən azı 2 milyard avro dəstək verilib" - deyə məlumatda qeyd edilir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, Avropa İttifaqı Ukraynanın enerji infrastrukturu üçün əlavə 160 milyon avro ayırır: "Bu gün biz əlavə olaraq 160 milyon avro ayırırıq və bunun 100 milyon avrosu Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdir”.