Aİ Ukraynaya 1,5 milyard avro makromaliyyə yardımı ayırıb


Avropa İttifaqı Ukraynaya illik makromaliyyə yardım paketinin bir hissəsi olaraq daha 1,5 milyard avro (1,61 milyard dollar) ayırıb.


AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Twitter hesabında yazıb. "Biz Ukraynaya Rusiyanın təcavüzünə müqavimət göstərməkdə, onun institutlarını və infrastrukturunu işləməkdə, mühüm islahatlar aparmağa kömək etməyə davam edəcəyik" - deyə xanım sədr bildirib.

Martın 20-də Aİ-yə üzv ölkələr Ukraynaya ildə 1 milyon mərmi ötürəcəyi vəd edilmiş plan üzrə razılığa gəliblər. Avropa İttifaqı Şurası həmçinin 1 milyard avro məbləğində yardımı təsdiqləyib ki, bu da Ukraynaya silah-sursat ötürülməsi ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu