Avropa İttifaqı Ukraynaya 500 milyonluq yardım ayıracaq


Avropa İttifaqı Ukraynaya 500 milyon avro dəyərində humanitar yardım ayıracaq, Rumıniyada humanitar mərkəz yaradacaq.


Bu barədə Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen tviterdə yazıb.

“Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün öz büdcəsindən azı 500 milyon avro ayıracaq və gələcəkdə daha çox verəcək. Biz, həmçinin Rumıniyada Ukrayna üçün humanitar mərkəz yaradacağıq”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu