AK rəhbəri: “Aİ Ermənistana 25 milyon avro məbləğində yardım edəcək”


“Avropa İttifaqı (Aİ) Ermənistana 25 milyon avrodan çox yardım ayıracaq”.


“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammiti ərəfəsində deyib.

Onun sözlərinə görə Aİ Ermənistana indiyə qədər 5,2 milyon avro ayırıb: "Bu məbləğ 10,2 milyon avroya çatdırılıb. Daha 15 milyon avro yardım ayrılacaq".

AK rəhbəri Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcəyini də qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu