Almaniya Ukraynanın NATO-ya inteqrasiyası üçün 11 milyon avrodan çox vəsait ayıracaq
Almaniya Ukraynanın NATO-ya gələcək inteqrasiyasını dəstəkləyir və bu məqsədlə alyansın fondlarına əlavə 11,5 milyon avro ayıracaq.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok bildirib.
“NATO standartları, hərbi planlaşdırma və islahatlar bu yolda mərkəzi nöqtələrdir. Almaniya bunun üçün blokun etimad fondlarına əlavə 11,5 milyon avro ayıracaq”, - deyə o, “Ukraynanın gələcəyinin Avropa İttifaqı və NATO-da olduğunu” əlavə edib.