Aİ fevral ayından bəri Ukraynaya 77 min ton humanitar yük göndərib


Avropa İttifaqı 2022-ci ilin fevralından etibarən Ukraynaya 77 min tondan çox humanitar yük göndərib.


AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti məlumat açıqlayıb.

“Fevral ayından bəri Aİ Ukraynaya göndərilən 77 min tondan çox humanitar yardıma dərmanlar, yeməklər, çadırlar daxildir. Həmçinin humanitar yardımın tərkibində yanğınsöndürmə maşınları və mobil xəstəxanalar da göndərilib" - deyə Ursula fon der Lyayen twitter-də yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu