AK Rusiyanın aktivlərindən əldə edilən ilk 1,5 milyard avro gəliri müsadirə etdi


Avropa İttifaqı Rusiya Federasiyasının dondurulmuş aktivlərinin yenidən investisiya edilməsindən əldə edilən gəlirdən götürülən 1,5 milyard avro məbləğində birinci tranşı Ukrayna üçün müsadirə edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, məbləğ Avropa Komissiyasına köçürülüb. Bu pulun 90%-i Aİ ölkələrinə silah tədarükünə görə kompensasiyaya gedəcək. Növbəti tranş 2025-ci ilin martında gözlənilir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen X hesabında yazıb: "Bu gün biz Rusiyanın hərəkətsizləşdirilən aktivlərindən 1,5 milyard avro gəliri Ukraynanın müdafiə və yenidənqurma ehtiyaclarına köçürdük".

Avropa Komissiyası bu proseduru izah edən sənəd dərc edib. Sənədə görə, bu vəsait birbaşa Kiyevə getməyəcək, pullar Avropa Komissiyasının fondlarına, əsasən Avropa Sülh Fonduna, Aİ ölkələrinə silahlara görə kompensasiya ödəniləcək.

"Bu pul Ukraynanın hərbi imkanlarını dəstəkləmək və ölkənin yenidən qurulmasını dəstəkləmək üçün Avropa Sülh Fondu və Ukraynaya Dəstək Fondu vasitəsilə yönəldiləcək", - deyə açıqlamada bildirilir. Qeyd edilir ki, vu vəsaitin 90%-i Avropa Sülh Fonduna, 10%-i isə müvafiq olaraq hərbi və yenidənqurma ehtiyaclarını maliyyələşdirmək üçün istifadə olunan Ukraynaya Dəstək Fonduna gedəcək.

Avropa Komissiyası həmçinin elan edib ki, hələlik gəlir yalnız Belçikadakı "Euroclear" saytında bloklanmış aktivlərdən müsadirə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu