Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın müdafiəsi üçün istifadə edəcək


Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynanın müdafiəsində istifadəsini təsdiqləyib.


Aİ Şurası Rusiyanın dondurulmuş aktivlərindən yaranan fövqəladə gəlirləri üçün hazırlanan planın üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.

Müvafiq olaraq, Rusiya aktivlərindən əldə edilən gəlir Ukraynanın müdafiəsi və yenidən qurulmasına dəstək üçün istifadə olunacaq.

Bu çərçivədə qazancın 90 faizi Avropa Sülh Fondu vasitəsilə Ukraynanın müdafiə və hərbi dəstəyinə, 10 faizi isə ölkənin yenidən qurulması üçün müxtəlif proqramlara köçürüləcək.

Aİ ölkələri müharibə səbəbindən Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avrosunu dondurub. Rusiya aktivlərini saxlayan maliyyə institutları, vaxtı çatdıqda onları yenidən investisiya etməklə əhəmiyyətli gəlir əldə edirlər.

Aİ tərəfindən dondurulan Rusiya Mərkəzi Bankının ehtiyatlarının 180 milyard avrosu Belçikada yerləşən qiymətli kağızların klirinq və saxlama xidməti təminatçısı olan "Euroclear"ın əlindədir. Buna görə də, qurumun balansındakı aktivlər sürətlə artdığı halda, "Euroclear" böyük miqdarda faiz gəliri əldə edir. "Euroclear" keçən il Aİ sanksiyaları səbəbindən dondurulan Rusiya aktivlərinin faizlərindən 3 milyard avrodan çox gəlir əldə edib.

Beləliklə, Aİ ölkələri dondurulmuş Rusiya aktivlərinin Ukraynaya silah və sursat alınmasına investisiyalara çevrilməsindən əldə edilən təqribən 3 milyard avro illik mənfəətdən istifadə edə biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu