Ukrayna Avropa Komissiyasından 2,3 milyard avro yardım alacaq


Ukrayna Avropa Komissiyasından böyük məbləğdə yardım alacaq.



AFN.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.



Yeni 2,3 milyard avro dəyərindəki müqavilələr "Ukraine Facility" investisiya aləti çərçivəsində Roma şəhərində imzalanıb. Bu məbləğin tərkibində 1,8 milyard avro kredit zəmanətləri, 580 milyon avro isə qrant və qarışıq maliyyə vasitələri daxildir.



Ukraynan İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub ki, bu müqavilə çərçivəsində Kiyev öz iqtisadiyyatına 10 milyard avro həcmində əlavə investisiya alacağına ümid edir. "İmzalanma Ukrayna hökuməti, Avropa Komissiyası və aparıcı beynəlxalq maliyyə institutları arasında sıx əməkdaşlığın nəticəsidir", – deyə Ukraynanın İqtisadiyyat Nazirliyi açıqlamasında bildirib.



Avropa Yardım Fondu, 2024-cü ilin 1 martında yaradılıb və 2024-2027-ci illər ərzində Ukraynanın bərpa, təmir və modernləşdirilməsi üçün €50 milyard dəyərində sabit maliyyə yardımı ayırmağı nəzərdə tutur. Yardım, həm qrant, həm də kredit şəklində veriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu