Aİ bu gün Ukraynaya 4,2 milyard avro maliyyə dəstəyi göndərib


Avropa İttifaqı (Aİ) Ukraynaya 4,2 milyard avro maliyyə dəstəyi göndərib.



Aİ Komissiyası Ukraynaya 2027-ci ilə qədər veriləcək 50 milyard avroluq maliyyə dəstəyi paketi çərçivəsində ilk müntəzəm ödənişin bu gün edildiyini açıqlayıb.

Açıqlamada Ukraynaya 4,2 milyard avronun göndərildiyi və AB maliyyə yardımı fondu çərçivəsində indiyədək Ukrayna hökumətinə ümumilikdə 12 milyard avro maliyyə yardımının edildiyi qeyd edilib.

Ukraynanın fonddan faydalanmaq üçün maliyyə idarəçiliyi, dövlət müəssisələri, biznes mühiti və enerji kimi sahələrdə kriteriyalara cavab verdiyini xatırladan bəyanatda Aİ tərəfindən yaradılan Ukrayna Fondunun ölkəyə 2024-2027-ci illər üçün qrant və kreditlərdən ibarət 50 milyard avro sabit maliyyə təmin edəcəyi bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu