Avropa İttifaqı Ukraynaya 4,2 milyard avro yardım göndərir


Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 4,2 milyard avro yardım göndərilməsini təsdiqləyib.



AB Şurası Ukraynaya veriləcək ümumi 50 milyard avro maliyyə dəstəyi çərçivəsində ilk müntəzəm ödəniş qərarının üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.

AB-nin Ukraynanın makro-maliyyə sabitliyi və dövlət idarəçiliyini fond ilə dəstəkləyəcəyi ifadə edilən açıqlamaya görə, Ukrayna maliyyə idarəçiliyi, dövlət müəssisələri, biznes, ətraf mühit və enerji kimi sahələrdə fonddan faydalanmaq üçün tələb olunan şərtləri və islahatları yerinə yetirib.

Açıqlamada Ukrayna Fondunun martın 1-dən qüvvəyə mindiyi və bu fondun ölkəyə 2024-2027-ci illər üçün qrant və kreditlərdən ibarət 50 milyard avroluq sabit maliyyələşdirməni nəzərdə tutduğu xatırladılıb.

Açıqlamaya görə, fond çərçivəsində körpü maliyyələşdirmə yolu ilə Ukraynaya 6 milyard avro yardım edilib, 1,89 milyard avro da ilkin maliyyələşdirmə olaraq ölkəyə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu