AK Kiyevə 1,5 milyard avro məbləğində yardımın növbəti tranşını köçürüb
Avropa Komissiyası (AK) Ukraynaya yardımın növbəti tranşını köçürüb.
AFN.az xəbər verir ki, bu, 2027-ci ilə qədər nəzərdə tutulan ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində 1,5 milyard avro məbləğində büdcə yardımının növbəti tranşıdır.
"Avropa Komissiyası Ukrayna üçün 1,5 milyard avroluq fond çərçivəsində fövqəladə maliyyənin ikinci tranşını Ukraynaya köçürüb", - deyə qurumun bəyanatında deyilir.