AB-nin Ukraynaya 18 milyon avro yardımına veto!


Avropa İttifaqının (Aİ) gələn il Ukraynaya 18 milyon avro maliyyə yardımı ayırması paketinə Macarıstan veto qoyub.


AFN.az xəbər verir ki, Avropa İttifaqına üzv 27 ölkənin maliyyə nazirlərinin Belçikanın paytaxtı Brüsseldəki iclasında Macarıstana ayrılan 7,5 milyard avroluq AB birlik fondunun dondurulması, Macarıstanın 5,8 milyard avro dəyərində Covid-19 bərpa fondu və gələn il üçün Ukraynaya 18 milyard avroluq maliyyə dəstəyi paketi kimi məsələlər müzakirə edilib. Toplantıda Macarıstanın maliyyə naziri Mixayil Varga, "Macarıstan maliyyə tənzimlənməsinin dəyişdirilməsinin tərəfdarı deyil" - deyərək, AB-nin Ukraynaya dəstək paketinə veto qoyub. Macarıstanın vetosunda heç bir irəliləyiş əldə edə bilməyən AB-nin maliyyə nazirləri korporativ vergi islahatı ilə bağlı beynəlxalq səviyyədə dəstəklənən saziş də daxil olmaqla üç əsas səsverməni təxirə salmaq qərarına gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu