G7 ölkələri 2023-cü il üçün Ukraynaya dəstəyin həcmini 44 milyard dollara çatdırıblar


G7 ölkələri 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər olan dövr üçün Ukraynaya büdcə və iqtisadi dəstək üzrə öhdəliklərin həcmini 44 milyard dollara qədər artırıblar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə G7-nin maliyyə nazirləri və ölkələrin rəhbərlərinin bəyanatında deyilir. Bəyanat mərkəzi bank rəhbərlərinin Yaponiyanın Niigata şəhərində keçirilən toplantısından sonra səsləndirilib.

Sənəddə deyilir: “Biz beynəlxalq ictimaiyyətlə birlikdə 2023-cü il və 2024-cü ilin əvvəli üçün Ukraynaya büdcə və iqtisadi dəstək üzrə öhdəliklərimizi 44 milyard dollara qədər artırırıq".

Qeyd olunur ki, bu qərar Beynəlxalq Valyuta Fondunun Kiyevə dörd il üçün 15,6 milyard dollardan çox məbləğdə dəstək proqramını təsdiq etməyə imkan verib.

Bəyanata görə, maliyyə dəstəyinin artırılması Ukrayna hakimiyyətinə hökumətin fəaliyyətini təmin etməyə, əsas xidmətlərin göstərilməsini davam etdirməyə, zədələnmiş infrastrukturu təmir etməyə və iqtisadiyyatı sabitləşdirməyə kömək edəcək.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqının (Aİ) Ukraynaya ümumi yardımı 16 milyard avro təşkil edib.

Eyni zamanda, NATO-ya üzv ölkələrdən Kiyevə yardımın ümumi məbləği artıq 150 milyard avronu ötüb. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq aprelin 20-də Kiyevə səfəri zamanı deyib.

Hələ fevral ayında Yaponiyanın maliyyə naziri Şun'içi Suzuki G7 ölkələrinin 2023-cü ildə Ukraynaya ən azı 39 milyard dollar maliyyə yardımı ayırmaq niyyətində olduğunu bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu