Macarıstanın Ukraynaya yardıma veto qoymasından yan keçməyin yolu tapılıb


Finlandiya Mərkəzi Bankının rəhbəri Olli Ren Macarıstanın Ukraynaya yardıma veto qoyması ilə bağlı yarana problemin həlli yolunu təklif edib.


O, Avropa Sabitlik Mexanizminin (ESM) vəsaitlərindən istifadə etməyi təklif edir. Bu barədə "Bloomberg" məlumat yayıb. Renin sözlərinə görə, Kiyevə yardımla bağlı birliyin olmaması narahatçılıq yaradır, ona görə də Budapeştin mövqeyinə məhəl qoymamaq üçün B planından istifadə edilməlidir.

Aİ Ukraynaya 50 milyard avro yardım ayırmaq niyyətindədir, lakin Macarıstanın baş naziri Viktor Orban bunun qəti əleyhinədir. Assosiasiyanın hakimiyyət orqanları hətta ümumavropa məsələlərini həll edərkən Macarıstanı səsvermə hüququndan məhrum etmək variantını da nəzərdən keçirirlər. Bu, ukraynalılara pul ayrılması barədə yekdil qərarın qəbul edilməsinə kömək edər. Digər variant isə odur ki, Aİ-nin hər bir üzvü Kiyevlə yardım haqqında ayrıca sazişlər bağlayır, o zaman macarlar bundan imtina edə bilər.

ESM fondu 88 milyard avro həcmindədir və 2012-ci ildə Avropa ölkələrinə dəstək məqsədilə yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu