Macarıstan parlamenti NATO-nun genişlənməsi ilə bağlı səsverməni iki həftə təxirə salıb


Macarıstan parlamentində Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı səsvermə təxminən iki həftə gecikəcək.


AFN.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, Macarıstanın hakim Fides Partiyası bu məsələ ilə bağlı bir qərara gəlməyib. Partiya rəhbərliyi NATO-nun genişlənməsi məsələsini martın 20-dən başlayaraq həftə ərzində müzakirə etməyi təklif edib. Hakim partiya həmçinin Finlandiya və İsveçə danışıqlar üçün heyət göndərmək niyyətindədir. Fidesin parlamentdəki fraksiyasının lideri Mate Kocsis bildirib: "İsveç və Finlandiya “Macarıstanı kobud və əsassız şəkildə təhqir etdiyinə görə mübahisənin həlli zəruridir və indi də onlardan lütf istəyirlər”.

Macarıstanın Mi Hazank (Bizim Vətən) Partiyasının nümayəndəsi Elod Novak bir gün əvvəl İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı parlament müzakirələrindən sonr bildirib ki, fraksiya NATO-nun genişlənməsinə veto qoymağı təklif edir.

Finlandiyanın baş naziri Sanna Marin Macarıstanın Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciəti ilə bağlı qərarını dəfələrlə təxirə salmasına münasibət bildirərkən deyib ki, prosesin gecikməsi açıq qapı siyasətini şübhə altına alır və alyansın etibarını sarsıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu