Türkiyə, Finlandiya və İsveç NATO-ya üzvlük danışıqlarını mart ayında bərpa edəcək
Türkiyə, İsveç və Finlandiya mart ayında iki ölkənin NATO-ya daxil olması ilə bağlı danışıqları bərpa etmək niyyətindədir.
AFN.az STV-yə istinadən xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson deyib. Onun sözlərinə görə, İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı danışıqlar mart ayında bərpa olunacaq. İsveçli nazir qeyd edib ki, danışıqlar prosesinin bütün iştirakçıları qarşıdan gələn görüşü təsdiqləyiblər. İsveç hökumətinin başçısı danışıqların dəqiq tarixini açıqlamayıb. "Hələ bir tarix var. Bu sirr deyil, lakin biz təsdiqini gözləyirik", - deyə o, vurğulayıb.
Xatırladaq ki, Macarıstan parlamenti martın 1-dən İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sazişlərə baxmağa başlayacaq.