Stoltenberqdən Türkiyə, Finlandiya və İsveç görüşü ilə bağlı açıqlama


NATO-nun baş katibi Stoltenberq Türkiyə, İsveç və Finlandiya arasında martda keçiriləcək üçtərəfli görüşlə bağlı prezident Ərdoğanla razılaşdıqlarını bildirib.


AFN.az xəbər verir ki, Stoltenberq Estoniyanın Müstəqillik Günü münasibətilə Aİ Komissiyasının sədri Ursula fon der Leyen ilə bu ölkəyə səfər edib. Paytaxt Tallində Estoniyanın baş naziri Kaja Kallas ilə üçtərəfli mətbuat konfransında danışan Stoltenberq Rusiyanın Ukraynaya hücumundan sonrakı bir ildə baş verən hadisələrdən birinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olduğunu xatırladıb. İki ölkənin üzvlük prosesində irəliləyişlər olduğunu bildirən Stoltenberq ötən həftə Ankarada prezident Ərdoğanla görüşdüyünü xatırladıb: "Yaxşı görüş oldu. Danışıqları yenidən başlamaq və mənim himayəmlə Finlandiya, İsveç və Türkiyə arasında keçən iyun ayında imzalanmış sazişin icrası ilə bağlı martın ortalarında NATO-nun mənzil-qərargahında üçtərəfli görüş keçirmək barədə razılığa gəldik".

Baş katib qeyd edib ki, Türkiyə Finlandiyanın üzvlüyünə müsbət baxır, İsveçlə bağlı bəzi məsələlər var. O, həmçinin iki ölkənin üzərinə düşəni etdiyini və üzvlük protokollarını həyata keçirməyin vaxtının gəldiyini bildirib.

Stoltenberg həmçinin Macarıstan Parlamentinin Finlandiya və İsveçin üzvlük protokollarının təsdiqi üçün gələn həftə prosesə başlayacağını və bundan məmnun olduğunu, hər iki ölkənin ən qısa zamanda üzv olmasını hədəflədiklərini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu