Türkiyə, İsveç və Finlandiya arasında görüş keçiriləcək


NATO-nun baş katibi Yens Stoltenberq Vilnüs sammitindən əvvəl (11-12 iyul) İsveçin alyansa daxil olması ilə bağlı razılığın əldə edilməsi üçün Brüsseldə Türkiyə-İsveç-Finlandiya üçtərəfli formatında yüksək səviyyəli görüş keçirəcəyini bildirib.


AFN.az xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu mövzuda söhbət etdiyini deyib: "Finlandiya və İsveç hökumətləri ilə əlaqə saxlayıram. Biz sammitdən əvvəl Brüsseldə yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəldik. Bu görüşdə Xarici İşlər Nazirliyinin, xüsusi xidmət orqanlarının rəhbərləri, milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Bu görüşün məqsədi İsveçin NATO-ya daxil olması istiqamətində irəliləyiş əldə etməkdir" - deyə, o, iyulda keçiriləcək görüşə hazırlaşacağı Litvada keçirdiyi mətbuat konfransında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu