Macarısta İsveç və Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edəcək?


Macarıstanın İsveç və Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edəcəyi iddia edilir.


AFN.az xəbər verir ki, Macarıstan mətbuatında yer alan xəbərə görə, gələn həftə keçiriləcək parlament iclasının gündəliyinə əsasən, Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO üzvlüyünü mart ayının əvvəlində təsdiq edə bilər.

İsveç və Finlandiya keçən il Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzvlük üçün müraciət edərək alyansa birlikdə qoşulmaq istədiklərini bildiriblər. Bununla belə, üzv dövlətlərin demək olar ki, hamısı razılaşsa da, Macarıstan və Türkiyə hələ də ərizələri təsdiq etməyiblər.

Macarıstanın baş naziri Viktor Orban noyabr ayında bildirib ki, hökumət İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərini dəstəkləmək qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu