Macarıstan İsveçın və Finlandiyanın NATO-ya qəbulunu əngəllədi


Finlandiya və İsveçin NATO-ya daxil olması üçün ratifikasiya edilməsi lazım olan sənədlər 2023-cü ildə imzalanacaq.


AFN.az-ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban açıqlama verib.
Qeyd edək ki, Macarıstan Türkiyədən sonra İsveçin və Finlandiyanın NATO-ya daxil olmasının əleyhinə çıxan ikinci ölkədir. Ona görə də Macarıstan hökumətinin mövqeyi prosesin 2023-cü ilin əvvəlinə qədər təxirə salınmasına səbəb olub. İsveç və Finlandiyanın üzvlük prosesi ilə bağlı layihəni Orban hökuməti iyul ayında parlamentə təqdim edib. Lakin layihə hakim partiyanın üçdə iki səs çoxluğuna sahib olduğu parlamentin gündəliyinə daxil edilməyib.
Ancaq Macarıstanın iki ölkənin NATO-ya üzvlüyünü dəstəklədiyini deyən Baş nazir Orban parlamentin üzvlükləri təsdiqləyəcəyini bildirib.
Qeyd edək ki, İsveçin və Finlandiyanın bu ilin sonuna qədər NATO üzvlüyünə qəbul ediləcəyi gözlənilsə də proses növbəti ilə qalıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu