Macarıstanın baş naziri Orban İsveçin NATO-ya üzvlük tarixini açıqlayıb


Macarıstanın baş naziri Viktor Orban bildirib ki, parlament bazar ertəsi, fevralın 26-da başlayacaq yaz sessiyasında İsveçin NATO-ya üzvlüyünü təsdiq edə bilər.



Macarıstanın Baş naziri Viktor Orban dünən paytaxt Budapeştdə keçirdiyi mətbuat konfransında İsveçin NATO üzvlüyü ilə bağlı açıqlamalar verib. Orban, "İsveçlə mübahisəmiz qısa müddətdə həll olunacaq. Parlament yaz sessiyasında İsveçin NATO-da iştirakını təsdiq edə bilər" ifadələrini işlədib.

Orban İsveç baş naziri Ulf Kristerssonla ölkələr arasında etimadın yaradılması istiqamətində mühüm addımlar atdıqlarını bildirsə də, bu addımlar haqqında ətraflı məlumat verməyib.

Macarıstan parlamentinin yaz sessiyası bazar ertəsi, fevralın 26-da başlayacaq.

Macarıstan parlamenti müxalifətin tələbi ilə İsveçin üzvlük məsələsini müzakirə etmək üçün fevralın 5-də növbədənkənar iclas keçirib. Lakin Macarıstanda baş nazir Viktor Orbanın partiyası Fidesz (Macar Vətəndaşları Birliyi) və KDNP (Xristian Demokratik Xalq Partiyası) tərəfindən qurulan koalisiya hökuməti sözügedən sessiyanı boykot edib və kifayət qədər sayda üzv toplana bilməyib. İclas günü bəzi NATO-ya üzv ölkələrin, o cümlədən ABŞ-ın səfirləri İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün Budapeştə təzyiq göstərmək üçün Macarıstan parlamentində olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu