Macarıstanda İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə üçün vaxt təklif edilib
Macarıstanda hakim Fides Partiyası (Macar Vətəndaş Birliyi) fevralın 26-da İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməyə çıxarılması təklifini parlamentə təqdim edib.
Təklifi Fides Partiyasının Parlament Qrupunun sədri Mate Koçsis təqdim edib. Koçsis, Fides olaraq səsverməni dəstəkləyəcəklərini də bildirib.
İsveçin NATO-ya daxil olması üçün 31 üzv dövlətin razılığı lazımdır.
Yanvarın 23-də Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra bütün gözlər Macarıstana çevrilib.
Macarıstan və İsveç arasında yaşanan bəzi gərginliklər səbəbindən proses uzanıb və Macarıstan tərəfi səsvermənin keçirilməsi üçün İsveçin baş naziri Ulf Kristerssonun Budapeştə səfər etməsi şərtini irəli sürüb.
Kristersson dünən Varşavada verdiyi açıqlamada Macarıstana səfər edəcəyini, lakin səfərin tarixinin hələ müəyyən edilmədiyini bildirib.