Niderland Ukraynaya 300 milyon avro maliyyə yardımı ayıracaq


Niderland hökuməti 2025–2026-cı illərdə Ukraynaya 300 milyon avro həcmində maliyyə yardımı göstərəcək.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Niderlandın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Kaspər Veldkamp Romada keçirilən Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib.



Veldkampın sözlərinə görə, bu vəsaitdən 52 milyon avro enerji infrastrukturu və su təchizatı sistemlərinin bərpasına, 30 milyon avro isə Ukraynada layihə həyata keçirən Niderland şirkətlərinin dəstəklənməsinə yönəldiləcək.



Nazir əlavə edib ki, bu məbləğ ümumi dəyəri 500 milyon avrodan artıq olan 2025–2026-cı illər üçün nəzərdə tutulmuş qeyri-hərbi yardım paketinin bir hissəsidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu