Niderland Ukraynaya dörd radar alacaq


Niderland Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün maliyyə yardımı etməyi planlaşdırır, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün 4 ədəd VERA-EG passiv radar sistemi alacaq.


“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.

“Rusiya Ukraynanın mülki və hərbi obyektlərini havadan atəşə tutur, ona görə də Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək hələ də vacibdir. Niderland müttəfiqləri ilə birlikdə bu işdə üzərinə düşəni edir”, - o deyib.

Ukrayna üçün Beynəlxalq Fond hava hücumundan müdafiə üçün 92 milyon avro ayırıb. Bunun ilin sonuna qədər reallaşacağı gözlənilir.

Bundan əlavə, sabah Ukraynanın müdafiəsi üzrə Təmas Qrupu (“Ramşteyn”) zamanı Niderlandın hava hücumundan müdafiə vasitələrinin alınması üçün 40 milyon avro ayırdığı və sistemlərin yaxın vaxtlarda Ukraynaya çatdırılacağı açıqlanacaq. Niderland Müdafiə Nazirliyi 150 milyon avro dəyərində 4 passiv VERA-EG radar sistemi alacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu