ABŞ Ukraynaya yenə NASAMS hava hücumundan müdafiə sistemi verəcək


Pentaqon Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemlərinin tədarük edildiyini açıqlayıb.


AFN.az-ın xəbərinə görə, Pentaqondan verilən açıqlamada bildirilir ki, Amerikanın Kiyevə yeni hərbi yardım paketinə NASAMS hava hücumundan müdafiə sistemləri daxil olacaq. Açıqlama Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə Təmas Qrupunun iclasının yekununda verilib.

“Bura (yeni yardım paketi) yeni NASAMS və səkkiz Avengers hava hücumundan müdafiə sistemi daxildir”, – Pentaqonun bəyanatında deyilir.

ABŞ daha əvvəl Kiyevə 2,5 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb. Bildirilib ki, Ukrayna xüsusilə, 59 "Bradley" piyada döyüş maşını və onlara quraşdırılmış TOW tank əleyhinə raket kompleksləri üçün 590 raket, 90 "Stryker" zirehli transportyoru və müxtəlif artilleriya mərmiləri alacaq.

Ötən ilin noyabrında Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın artıq iki NASAMS hava hücumundan müdafiə sistemini Ukraynaya ötürdüyünü bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu