Anthropic 1,5 trilyon dollarlıq IPO-ya hazırlaşır
Claude süni intellekt modelinin yaradıcısı Anthropic şirkəti 1,5 trilyon dollarlıq ilkin kütləvi təklif (IPO) üçün müraciət edib.
AFN.az xəbər verir ki, şirkət Ant birja kodu ilə səhmlərini Nasdaq-da satışa çıxarmaq üçün müraciət edib.
Anthropic IPO üçün tələb olunan S-1 qeydiyyat sənədini bu gün açıqlayıb. Səhmlərin ilkin kütləvi təklif kampaniyasının noyabrın 9-da başlaması, şirkətin isə noyabrın sonunda birjaya çıxması gözlənilir.
Şirkətin IPO həcminin 1,5 trilyon dolları ötəcəyi ehtimal olunur.
Anthropic-in gəliri üçüncü rübdə əvvəlki rübdəki 11,5 milyard dollardan 16,8 milyard dollara yüksəlib. Bu, 45 faizdən çox artım deməkdir.
