Yaponiya Rusiyaya avtomobil ixracı qadağasının əhatə dairəsini genişləndirir
Rusiyaya dəbdəbəli avtomobillərin ixracına qadağa qoyan Yaponiya qadağanın əhatə dairəsini genişləndirib.
"Kyodo News"un xəbərinə görə, Ukrayna-Rusiya müharibəsi səbəbiylə G7 ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq, Yaponiya avtomobil ixracı qadağasının əhatə dairəsini yeni və ikinci əl benzin və dizel mühərrikli avtomobilləri də əhatə edəcək şəkildə genişləndirib. Bura 1900 kub santimetrə qədər mühərrik silindrinin həcmi, həmçinin elektrik və hibrid avtomobillər daxildir.
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi sanksiyaları beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində qətiyyətlə həyata keçirəcəklərini bəyan edib.
Yaponiyanın Rusiyaya ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən yüzdə 30 azalaraq təxminən 4,3 milyard dollara enib.
2022-ci ilin may ayında Yaponiya Rusiyaya 43 min dollardan çox dəyəri olan avtomobillərin ixracını qadağan edib.