Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
Yaponiyanın Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalarla 48 Rusiya vətəndaşı, eləcə də 73 təşkilatı məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.
AFN.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda vurğulanır ki, yeni siyahıya Rusiya Federasiyası Prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi üzrə Aparatının rəhbəri Aleksandr Xariçev, onun müavini Boris Rapoport, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının bəzi əməkdaşları daxildir. Eləcə də Rusiya müdafiə nazirinin müavini Qoremykina və Kalaşnikov konserninin rəhbəri Alan Luşnikov sanksiyalara mərus qalan şəxslər siyahısındadırlar.
Yaponiya XİN-dən verilən məlumata görə, "Rusiya Federasiyasında xüsusi təşkilatlar” adlandırılan 21 təşkilat da sanksiyalara məruz qalıb. Rosstandart və Rusiya Elmlər Akademiyasının bir sıra institutlarına qarşı Rusiyanın sənaye bazasının möhkəmləndirilməsinə töhfə verən malların ixracına qadağa qoyulub.
Sanksiyalara digər məsələlərlə yanaşı, əgər varsa, aktivlərin dondurulması da daxildir. Eyni zamanda, Krım, Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojye və Xerson vilayətlərindən olan doqquz nəfər üçün ayrıca məhdudlaşdırıcı tədbirlər təyin edilib.
Ötən ay Yaponiya Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar 49 təşkilata qarşı ixrac məhdudiyyətləri tətbiq edib. Bundan əlavə, Yaponiya tərəfi 22 məmur və üç təşkilatın aktivlərini dondurub.