ABŞ Rusiya, Türkiyə, Çin və bir sıra digər ölkələrə qarşı yeni sanksiyalar tətbiq edib


Noyabrın 2-də Birləşmiş Ştatlar Rusiya Federasiyası üçün sanksiya siyahısına 150-dən çox qurumu, o cümlədən 37 fiziki şəxsi əlavə edib.



“Qara siyahılar”a Çin, BƏƏ, Türkiyə, Kipr, İsveçrə, Monqolustan və Özbəkistan şirkətləri də daxildir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, sanksiyalara Rusiya Sənaye və Ticarət Nazirliyinin rəis müavini Aleksey Besprozvannıx, Rusiya Federasiyasının energetika nazirinin müavini Anastasiya Bondarenko daxildir. Bundan əlavə Rəqəmsal İnkişaf Nazirliyinin nümayəndəsi Oleq Kaçanova və Rusiya Fövqəladə Hallar Nazirliyinin müavini Aleksey Serkoya, Çeçenistan Respublikası hökumətinin sədr müavini Yakub Zakriyevə qarşı sanksiyalar tətbiq edilib.

Siyahıya İrlandiya, Latviya, Kipr və Türkiyə vətəndaşları daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu