ABŞ-dan Avropa və İsrail şirkətlərinə sanksiya


ABŞ Maliyyə Nazirliyi Rusiya hərbi-sənaye kompleksinə sanksiyalardan yan keçməyə kömək edən 10 nəfəri və 12 şirkəti qara siyahıya salıb.


AFN.az xəbər verir ki, fiziki şəxslərin siyahısına Marks Blats (Latviya), Serena Bee Lin (Sinqapur), İqor Palniçenko (Kipr), Aleksandr Volfovits (Kipr, İsrail), Ariel Volfovits (Kipr), Stanislav Volfovits (Kipr, İsrail), İqor Zimenkov (İsrail, Rusiya), Natan Zimenkov (Rusiya), Qilad Piflaks (Özbəkistan, İsrail) və onun atası Maks Piflaks (Özbəkistan, İsrail) daxil edilib.
“Azadlıq” radiosunun Qazaxıstan bürosunun mıəlumatına görə, Piflakınn böyük qardaşı İsrailin sanksiyalar altında olan və ruslara yardım edən “DES Defense Engineering Solutions LTD” şirkətinə yardım edirmiş.
Sanksiyalara məruz qalan şirkətlər isə bunlardır: “Asia Trading & Construction PTE LTD” (Sinqapur), “DES Defense Engineering Solutions LTD” (İsrail), “Elektrooptika SIA” (Latviya), “GBD LTD” (Kipr), “GMI Global Manufacturing & Integration LTD” (Kipr), “Kliosa LTD” (Kipr), “Mateas LTD” (Kipr), “Pitaron LTD” (Kipr), “Terra-AZ LTD” (Kipr), “Texel FCG Technology LTD” (İsrail), “U-Stone LTD EOOD” (Bolqarıstan), “VFC Solutions LTD” (Kipr).
“Rusiyanın ABŞ sanksiyalarından yan keçmək üçün “oyuncaq”lardan istifadə etməsi faktı sübut edir ki, sanksiyalar Rusiya hərbi sənaye kompleksinə və Putinin döyüş maşınlarını doldurmaq üçün ciddi problem yaradır”- ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo belə deyib.
Qurumun məlumatına görə, Zimenkov şəbəkəsi qrupuna İsrail və Rusiya vətəndaşı İqor Zimenkov rəhbərlik edir. Onun bəzi ailə üzvləri sanksiyalara məruz qalmış “Rostex” və “Rosoboroneksport” korporasiyalarını dəstəkləyir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu