İsrail ordusu qarşıdurmalarda ölən daha 12 əsgərin adını açıqlayıb


İsrail ordusu fələstinli qruplarla davam edən qarşıdurmalarda həlak olan biri yüksək rütbəli komandir də daxil olmaqla daha 12 əsgərin adını açıqlayıb.



İsrail ordusundan verilən açıqlamada, İordan çayının qərb sahilində xidmət edən Yəhuda və Samira Diviziyasından yüksək rütbəli komandir də daxil olmaqla 12 əsgərin öldüyü xəbəri bildirilib.

İsrailin Kanal 12 televiziyasının məlumatına görə, son rəqəmlərlə oktyabrın 7-dən bu yana öldürülən İsrail əsgərlərinin sayı 4-ü Livan sərhədində olmaqla 246-ya yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu