Hizbullah daha bir üzvünün öldürüldüyünü açıqlayıb


Livandakı Hizbullah Hərəkatı sərhəd bölgəsində İsrail ordusu ilə toqquşmada daha bir üzvünün həlak olduğunu açıqlayıb.



Hizbullah Livanın cənubunda İsrail sərhədində baş verən qarşıdurmalarla bağlı açıqlama verib.

Açıqlamada Hizbullah üzvü Rəşid Muhammed Şaqlilin öldürüldüyü bildirilib.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində baş verən qarşıdurmalarda öldürülən Hizbullah üzvlərinin sayı 162 nəfər olub.

Bundan əlavə bu toqquşmalarda 29 livanlı və 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu