ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir


ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Yeni sanksiyalarla ümumilikdə, 10 fiziki şəxs və 12 şirkət ABŞ-ın yeni məhdudiyyətləri altına düşür.


AFN.az xəbər verir ki, sanksiyalar ABŞ administrasiyasının 2021-ci ilin aprelində imzalanmış sərəncamına uyğun olaraq tətbiq edilir. “Rusiyanın ABŞ-ın sanksiyalarından yan keçmək üçün öz etibarlı vasitələrindən istifadə etmək cəhdləri göstərir ki, sanksiyalar Rusiya hərbi-sənaye kompleksi üçün Putinin döyüş maşınının təchizatını xeyli çətinləşdirib və baha başa gəlib”, - deyə maliyyə nazirinin müavini Wally Adeyemo bildirib.

ABŞ Maliyyə Nazirliyinin sənədinə əsasən, Rusiya, Sinqapur, Kipr, Latviya, İsrail və Özbəkistan vətəndaşları olan şəxslərə və Bolqarıstan, Latviya, Sinqapur, İsrail və Kipr şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.

Nazirliyin məlumatına görə, son bir il ərzində Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan və ixrac nəzarətindən yan keçmək üçün fəaliyyətlə məşğul olan” 100-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu