Bayden sabah Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək


ABŞ prezidenti Co Bayden sabah, fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunduğunu elan edəcək.


AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin brifinqində məlumat verilib. Jan-Pyerin sözlərinə görə, fevralın 24-də Bayden Ukrayna dövlətinə yardımın koordinasiyasını davam etdirmək üçün G7 liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə onlayn görüş keçirəcək. “Sabah liderlər Ukraynanı dəstəkləməyə və Putinə təzyiqi necə artırmağa davam edə biləcəyimizi müzakirə edəcəklər... ABŞ Putinə gəlir gətirən əsas sektorlara qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək. Bunlar Rusiya banklarına, Rusiya müdafiə və texnologiya sənayesinə, eləcə də üçüncü ölkələrin bizim sanksiyalardan yan keçməyə çalışan qurumlarına şamil ediləcək”, - deyə mətbuat katibi vuğrulayıb.

Bundan əvvəl ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının ikili təyinatlı malları hədəf alacağını bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu