Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin bəzi detalları açıqlanıb


Yaxın vaxtlarda Rusiyadan 100-dən çox yeni şirkət və fiziki şəxs Aİ-nin yeni sanksiyalar siyahısına daxil ediləcək. Bu tədbirlər növbəti, 11-ci anti-Rusiya sanksiyalar paketi ilə tətbiq ediləcək.


AFN.az-ın məlumatına görə, bu barədə "EUobserver" öz mənbələrinə istinadən xəbər verir.

“Rusiyaya qarşı sanksiyaların 11-ci paketi ilə bağlı təkliflər arasında maliyyə əməliyyatları və Avropa şirkətlərinin Rusiya hakimiyyətinin nəzarətindən çıxmasına kömək etmək üçün nəzərdə tutulmuş hüquqi xidmətlər üçün yeni xüsusi icazələr daxildir", - deyə nəşr yazır.

Bundan əvvəl məlum olub ki, G7 ölkələrinin (“Böyük Yeddilik”) liderləri Yaponiyada keçiriləcək sammitdə Rusiyanın enerji sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi, eləcə də ixrac məhdudiyyətləri ilə bağlı yeni tədbirləri elan etməyi planlaşdırırlar.

Yeni tədbirlər üçüncü ölkələrin iştirakı ilə sanksiyalardan yayınmanın qarşısını almaq, həmçinin Rusiya Silahlı Qüvvələrinə dəstək verən ticarəti məhdudlaşdırmaq məqsədi daşıyacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu