Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəldi
Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Bunu Çexiyanın Aİ-dəki daimi nümayəndəsi Edita Hrda bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi üçün texniki prosedur artıq başlayıb.
O bildirib ki, məhdudiyyətlər neftin müəyyən edilmiş həddən yuxarı qiymətə üçüncü ölkələrə daşınmasına, bəzi növ polad məmulatların, eləcə də plastik və kimyəvi maddələrin idxalına qadağaları nəzərdə tutur.
Bundan başqa, Rusiya şirkətlərinə İT və hüquqi xidmətlər göstərmək qadağan edilir.