KİV: Aİ Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin şiddəti ilə bağlı razılığa gələ bilmir


Aİ ölkələrinin nümayəndələri 11-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı tədbirlərin şiddəti ilə bağlı fikir ayrılıqlarına görə razılığa gələ bilməyiblər.


AFN.az xəbər verir ki, belə bir iddia ilə "Bloomberg" agentliyi çıxış edib. Nəşrin məlumatında bildirilir ki, Rusiyaya artıq görülmüş tədbirlərdən yan keçməyə kömək edən üçüncü ölkələrə yeni məhdudiyyətlər tətbiq edilməlidir. Yeni sanksiyalar Ermənistan, BƏƏ, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrindən Aİ-yə əsas malların ixracı imkanlarını məhdudlaşdırmalıdır. Onların vasitəsilə Rusiyaya idxalı qadağan olunmuş mallar gətirilir.

Agentliyin məlumatına görə, Fransa və Almaniya bu ölkələrə qarşı tətbiq edilən tədbirlərin şiddətini azaltmağa çalışır. Adının açıqlanmasını istəməyən bəzi diplomatlar məhdudiyyətlərin onları Rusiya ilə daha da yaxınlaşdıra biləcəyindən qorxduqlarını, digər diplomatlar isə zəifləmiş mexanizmin həddən artıq mürəkkəbləşəcəyindən və səmərəsiz olacağından ehtiyat edirlər.

Diplomatlardan biri söz verib ki, 12-16 iyun tarixlərində razılıq əldə edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu