Bloomberg: Fransa Aİ-yə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib


Fransa Avropa İttifaqına Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib.


Bu barədə "Bloomberg" agentliyi əlində olan sənədə istinadən məlumat yayıb.

Bildirilir ki, Paris Fransa hakimiyyətinin Aİ ölkələrinə qarşı “dezinformasiya əməliyyatları” təşkil etməkdə və seçkilərə müdaxilədə şübhəli bildiyi fiziki və hüquqi şəxslərə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini zəruri hesab edir. Belə şəxslər arasında Fransa "Vaqner" PMC-nin işçilərini də qeyd edir. Məhdudiyyətlər tətbiq olunarsa, onların icma ərazisinə girişi qadağan ediləcək və onların Aİ-dəki aktivləri dondurulacaq.

"Bloomberg"in məlumatına görə, Fransanın təklifi artıq Latviya, Litva, Hollandiya, Polşa və Estoniya tərəfindən dəstəklənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu