Norveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Norveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, sanksiya siyahısına 87 nəfər və 34 hüquqi şəxs daxil olunub.
“Bu sanksiyalar Avropa İttifaqının 2023-cü il fevralın 25-də qəbul etdiyi onuncu sanksiyalar paketini tam əks etdirir. Norveç bəzi dəyişikliklərlə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub”, - sənəddə qeyd edilib.
Ümumilikdə, Norveç artıq rusiyalı 1678 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.