Aİ insan haqlarını pozan 9 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib
Avropa İttifaqı (Aİ) 9 rusiyalıya qarşı insan hüquqlarının pozulmasına görə sanksiya tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyanatda deyilir.
"Bu gün Avropa İttifaqı Şurası insan hüquqlarını pozduğuna görə qlobal sanksiya rejimi altında doqquz şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib", - deyə sənəddə qeyd edilir.
Məlumata görə, hazırda ümumilikdə 43 fiziki və 15 hüquqi şəxsə qarşı insan hüquqlarının məhdudlaşdırıcı tədbirləri tətbiq edilir.
Həmin gün ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək yeddi fiziki və bir hüquqi şəxsə şamil edib. ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunan hesabata görə, sanksiya siyahılarına daxil edilməsinə səbəb bu şəxslərin Ukraynada, eləcə də Moldovada, ABŞ, Böyük Britaniyada, Birləşmiş Krallıqda vəziyyətin sabitliyini pozmaq cəhdləri olub.